“Məni yenidən həyata qaytardı” - Video

meni-yeniden-heyata-qaytardi
Oxunma sayı: 215

Tarixi zəfərimizlə başa çatan Vətən müharibəsində sağlamlığını itirərək əlillik qazanmış qəhrəmanlarımızdan biri də Orxan Əlisultanovdur.

“Qafqazinfo” xəbər verir ki, müharibədə aldığı xəsarətlərin onun aktiv həyatına maneə olması ilə barışmayan O.Əlisultanov səhhətindəki çətinliklərə baxmayaraq əvvəlki sağlamlığına qayıtmağı bacarıb.

Respublika Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri ilə təmin olunan qazimiz əlilliyini geridə qoyaraq əmək qabiliyyətini bərpa edib.

“Aldığım reabilitasiya xidmətləri məni yenidən həyata qaytardı”, - deyən O.Əlisultanov indi marketdə satıcı və kassir kimi çalışır.