74 yaşlı kişi futbol oynayarkən öldü

74-yasli-kisi-futbol-oynayarken-oldu
Oxunma sayı: 277

Bakıda ahıl kişi stadionda ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsinin ərazisində yerləşən stadionda baş verib.

Bakı şəhər sakini 1952-ci il təvəllüdlü Yusif Hüseynbala oğlu Əliyev futbol oynayarkən qəfil yıxılıb. Təcili tibbi yardım çağırılsa da, artıq gec olub.

Onun infarktdan öldüyü bildirilib.