Bu dəfə “Çakır” yox, onun üçün

bu-defe-cakir-yox-onun-ucun
Oxunma sayı: 213

Türkiyənin Kastamonu şəhərində “TRT 1” kanalında yayımlanan “Mehmed: Fetihler Sultanı” serialında hekayə xəttinə uyğun olaraq həyatına son qoyulan “Satılmış Ağa” obrazının xatirəsinə “lokma” (ənənəvi xəmir şirniyyatı) paylanıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Nasrullah Məscidi meydanında pərəstişkarlar tərəfindən təşkil olunan tədbirdə həmin obrazı canlandıran aktyor Taner Ayyıldız da iştirak edib.

Göstərilən diqqətdən təəccübləndiyini deyən aktyor, “Satılmış Ağanın sevildiyini bilirdim, amma bu qədərini gözləmirdim”, – bildirib.

Bu hadisə “Kurtlar Vadisi” serialının əfsanəvi obrazı “Süleyman Çakır”ı xatırladıb. Hər il onun serialda öldüyü gün Türkiyənin müxtəlif yerlərində “lokma” paylanaraq anılır.