Cütlük kimi ilk mükafatlarını qazandılar - Fotolar

cutluk-kimi-ilk-mukafatlarini-qazandilar
Oxunma sayı: 163

Amerikalı tanınmış aktyor Harrison Ford və aktrisa həyat yoldaşı Kalista Flokhart uzun müddət sonra birlikdə tədbirə qatılıblar.

“Qafqazinfo” xəbər verir ki, 84 yaşlı aktyor və 62 yaşlı həyat yoldaşı Beverli-Hillzdə “Cedars-Sinai” tibb mərkəzinin təşkil etdiyi ənənəvi “Stardust Ball” xeyriyyə ziyafətində iştirak ediblər. 

Tədbir çərçivəsində Harrison Fordla Kalista Flokhart cütlük qismində ilk mükafatlarını əldə ediblər.

Belə ki, onlar xeyriyyə sahəsində fəaliyyətlərinə görə “Hollywood Icon Award” mükafatı ilə təltif ediliblər. 

Qeyd edək ki, cütlük 2002-ci ildə “Golden Globe Awards” mükafatının təqdim edilməsi tədbirində tanış olub, 2010-cu ildə isə ailə həyatı qurublar. H.Ford K.Flokhartın 2001-ci ildə övladlığa götürdüyü Liam adlı oğlunu öz oğlu kimi qəbul edib. Bununla yanaşı, H.Fordun 2 ayrı evlilikdən daha 4 övladı var.