9 yaşlı uşaq dəm qazından boğuldu

9-yasli-usaq-dem-qazindan-boguldu
Oxunma sayı: 188

Sumqayıtda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə noyabrın 21-i saat 01 radələrində baş verib.

Şəhər sakini 2017-ci il təvəllüdlü A.D. yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.