İranda güclü zəlzələ oldu - Naxçıvanda da hiss edildi

iranda-guclu-zelzele-oldu
Oxunma sayı: 361

İranın Xoy şəhərində 4,5 maqnitudalı zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bbildirilib ki, yerli vaxtıla 01:25-də baş verən zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Zəlzələ Naxçıvan Muxtar Respublikasının episentrə yaxın sərhəd rayonlarında 3 bala qədər hiss olunub.