Zəngilanda 64 yaşlı kişi Həkəri çayında boğulub ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Həkəri çayının rayonun Ağalı kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, 1962-ci il təvəllüdlü Həsənov Nüşrəvan Mehdi oğlu çayda çimərkən boğularaq ölüb.
Onun meyti çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər