70 yaşı var, “Yol əhvalatı”na da çəkilib - Foto

70-yasi-var-yol-ehvalatina-da-cekilib
Oxunma sayı: 4484

Xəbər verdiyimiz kimi, hazırda Bakı bulvarında klassik avtomobillərin sərgisi keçirilir.

“Qafqazinfo”nun məlumatına görə, sərgiyə 1955-ci ilin “Moskoviç”i ilə qatılan iştirakçı Elnar Qasımov artıq 3-cü ildir bu yürüşdə iştirak etdiyini bildirib: 

“Avtomobilim ilk “Moskoviç”lərdəndir. Bu maşın mənə böyüklərimdən yadigardır. Çətin də olsa, qoruyub saxlamağı bacarmışıq. Avtomobilimiz “Yol əhvalatı” filmlərinin çəkilişlərində istifadə olunub. Bütün retro tədbirlərinə qatılırıq”.