72 yaşlı motosikletçi qəzada öldü

72-yasli-motosikletci-qezada-oldu
Oxunma sayı: 569

Yevlaxda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə avqustun 23-ü saat 11 radələrində qeydə alınıb.

2005-ci il təvəllüdlü Nazim İsayev “VAZ 2106” markalı avtomobillə Yevlax şəhəri Füzuli küçəsi ilə hərəkətdə olarkən 1954-cü il təvəllüdlü Kərimov Mahmud Talıb oğlunun idarə etdiyi “Muravey” markalı motosikletlə toqquşub.

Nəticədə, M.Kərimov beyin silkələnməsi və kəllə sümüyünün sınığı xəsarətləri alaraq Yevlax ŞMX-yə daxil olub. O, bir gün sonra vəfat edib.

Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanaraq istintaqı aparılır.