Gəncədə 78 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
“Qafqazinfo” xəbər verir ki, 1948-ci il təvəllüdlü Zakir Həsənov yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılaraq həyatını itirib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər