8 yaşlı qız kələm turşusundan zəhərlənib öldü

8-yasli-qiz-kelem-tursusundan-zeherlenib-oldu
Oxunma sayı: 5505

Biləsuvar rayonunda qida zəhərlənməsi ölümə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib.

Belə ki, 2015-ci il təvəllüdlü Məmmədli Tellixanım Anar qızı ağır vəziyyətdə, zəhərlənmə diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Göstərilən bütün həkim yardımlarına baxmayaraq onu həyatda saxlamaq mümkün olmayıb.

Uşağın ölümünə ev şəraitində hazırlanan kələm turşusunun yaratdığı zəhərlənmənin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov