9-cu dəfə əməliyyat olunacaq

9-cu-defe-emeliyyat-olunacaq
Oxunma sayı: 441

Türkiyəli aktrisa Aslı Bekiroğlunun həkim səhvi səbəbindən yaşadığı səhhət problemləri ilə mübarizəsi davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə aktrisa özü açıqlama verib.

Son iki il ərzində 8 dəfə əməliyyat olunan aktrisa 9-cu əməliyyata hazırlaşdığını bildirib.

Qeyd edək ki, Bekiroğlu daha əvvəl uşaqlığından mioma götürülməsi üçün əməliyyat olunduğunu açıqlamışdı.

O, əməliyyat zamanı ciddi fəsad yarandığını və həkimlərin təsadüfən bağırsağını təxminən 7 santimetr kəsdiyini bildirmişdi.

Hadisədən bir həftə sonra bağırsağındakı problem səbəbilə yenidən əməliyyat olunmalı olub.

O, bağırsağın tikildiyini, lakin daha sonra tikiş yerində sızma yarandığını və bunun da yeni əməliyyatlara səbəb olduğunu deyib.