Abdullahianın səlahiyyətlərini o icra edəcək

abdullahianin-selahiyyetlerini-o-icra-edecek
Oxunma sayı: 4135

Helikopter qəzasında həlak olan İran XİN rəhbəri Hüseyn Əmir Abdullahianın səlahiyyətlərini müvəqqəti olaraq Əli Bağeri Kani icra edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “IRNA” məlumat yayıb.

Xatırladaq ki, Əli Bağeri hazırda İran xarici işlər nazirinin müavini vəzifəsindədir. 56 yaşlı diplomat bu vəzifəyə 2021-ci ilin sentyabrında təyin olunub.