46 yaşlı piyadanı maşın vurub öldürdü

46-yasli-piyadani-masin-vurub-oldurdu
Oxunma sayı: 474

Tovuzda 46 yaşlı piyadanı maşın vurub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki,  “VAZ-2107” markalı minik avtomobili yolu keçmək istəyən Tovuzun Əyyublu kənd sakini, 1980-ci il təvəllüdlü Asif Əsgərovu vurub. Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev