ABŞ ordusu İrana tətbiq edilən dəniz blokadası blokadanı pozmağa cəhd edən dörd gəmini vuraraq sıradan çıxarıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) yayıb.
Komandanlığın bəyanatında qeyd olunur ki, ABŞ qüvvələri İranın dəniz blokadasını qətiyyətlə davam etdirir.
Məlumata görə, CENTCOM qüvvələri ötən müddət ərzində İran limanlarına daxil olmağa və ya oradan çıxmağa çalışan onlarla ticarət gəmisinə müdaxilə edib. Ümumilikdə 58 gəmi başqa istiqamətə yönləndirilib, xəbərdarlıqlara tabe olmayan dörd gəmi isə zərərsizləşdirilib.
Xatırladaq ki, ABŞ İrana qarşı dəniz blokadasını aprelin 13-dən tətbiq etməyə başlayıb.
Qeyd edək ki, bölgədəki gərginlik fonunda CENTCOM İranın dəniz yollarındakı fəaliyyətinə nəzarəti daha da gücləndirib.
Son xəbərlər
Son Xəbərlər