ABŞ-da 14 milyona villa alıblar - Foto

abs-da-14-milyona-villa-aliblar
Oxunma sayı: 3268

İngiltərə krallıq ailəsindən rəsmən çıxan Harri və həyat yoldaşı Meqan Marklın ABŞ-da  sakit ərazidə bir malikanə aldığı ortaya çıxıb.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, paparatsilərin tez-tez ziyarət etdiyi Beverli Hillsdə narahat olan cütlüyün gözdən kənarda yaşamaq və oğullarının normal həyat sürməsi üçün Santa Barbaraya köçdüyü məlum olub. Cütlük burada aldığı, 9 yataq otağı və 16 vanna otağından ibarət malikanə üçün 14 milyon 650 min dollar ödəyib.

Bildirilir ki, 2003-cü ildə inşa edilmiş malikanə 2009-cu ildə 24 milyon dollara son sahibinə satılıb. Köşkün bağçasında tennis kortu, üzgüçülük hovuzu və çay evi var. Bundan əlavə əsas binada kitabxana, iki sauna, oyun otağı, idman salonu və 5 maşınlıq qaraj yerləşir.