ABŞ-da məşhur qəzetin iranlı əməkdaşı həbs olundu

abs-da-meshur-qezetin-iranli-emekdasi-hebs-olundu
Oxunma sayı: 662

“New York Times” qəzetinin əməkdaşı Kaveh Afrasiabi İranın gizli agenti olmaqda təqsirləndirilir. “Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, portalda məqalələri dərc olunan və özünü Tehran Universitetinin keçmiş müəllimi kimi təqdim edən Afrasiabi həbs olunub.

O, İran hökumətinin gizli agenti kimi fəaliyyət göstərməkdə ittiham olunur və 2007-ci ildən bu yana İranın BMT-dəki Daimi Nümayəndəliyinin sözügedən şəxsin bank hesabına 265 milyon dollar ödədiyi qeyd olunub. 

Ədliyyə Nazirliyinin yaydığı məlumatda Afrasiabinin 1957-ci ildə İranda anadan olduğu və 1973-cü ildə ABŞ-a gəldiyi ifadə edilib.