ABŞ-da sərnişin təyyarəsi alovlanaraq parçalandı - Video

abs-da-sernisin-teyyaresi-alovlanaraq-parcalandi
Oxunma sayı: 2070

ABŞ-ın Texas ştatında “McDonnell Douglas DC 9-87” markalı sərnişin təyyarəsi havaya qalxmaq istəyərkən uçuş zolağının sonunda qəzaya uğrayıb. 

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, təyyarə alovlanaraq hissələrə parçalanıb. Onun göyərtəsində 21 nəfər olub. Qəza nəticəsində ölən olmasa da, 1 nəfər xəsarət alıb.

Sərnişinlər təhlükəsiz şəkildə təyyarədən çıxarılıb.