ABŞ-dan Avropaya “F-35” həmləsi

abs-dan-avropaya-f-35-hemlesi
Oxunma sayı: 655

ABŞ, Avropaya təlim məqsədilə 6-10 ədəd “F-35” döyüş təyyarəsi göndərəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Pentaqondan verilən yazılı açıqlamada, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rusiya təhlükəsinə qarşı ötən ildən başlanılan “Avropa Təminat Təşəbbüsü” çərçivəsində beşinci nəsil F-35 döyüş təyyarələrini göndərəcəyi qeyd edilib.

Açıqlamada, “F-35”lərin, həm ABŞ, həm də NATO üzvü ölkələrin təyyarələri ilə birgə təlimlərdə iştirak edəcəyi vurğulanıb.