ABŞ-də ayın sonunadək bayraqlar endirilib

abs-de-ayin-sonunadek-bayraqlar-endirilib
Oxunma sayı: 3206

Minnesota ştatının Minneapolis şəhərindəki katolik məktəbində atışma zamanı həlak olanların xatirəsinə ABŞ-nin bütün hökumət binalarında bayraqlar yarıya qədər endirilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı ABŞ Prezidenti Donald Tramp sənəd imzalayıb.

Faciə qurbanlarının xatirəsini yad etmək üçün imzalanan sənəddə ictimai binalar daxil olmaqla ölkədəki bütün bayraqların avqustun 31-dək endirilməsi əmr edilib.

Xatırladaq ki, məktəbdə atışma nəticəsində azı üç uşaq həlak olub, 20-yə yaxın insan yaralanıb.