Gəncədə bıçaqlanan şəxs öldü

gencede-bicaqlanan-sexs-oldu
Oxunma sayı: 969

Bıçaqlanaraq xəstəxanaya yerləşdirilmiş Göygöl rayon sakini xəstəxanada vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, 1989-cu il təvəllüdlü Rəşad Əmrahov Gəncədəki xəstəxanalardan birinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin harada, hansı şəraitdə baş verdiyi hələlik bilinmir.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev