İspaniya ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasına qoşulmayacaq.
“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı İspaniyanın Baş naziri Pedro Sançez açıqlayıb.
Onun sözlərinə görə, bu qərar İspaniyanın BMT və çoxtərəfli əməkdaşlıq prinsiplərinə sadiqliyi ilə bağlıdır.
Baş nazir vurğulayıb ki, Fələstin tərəfinin quruma daxil olmaması da ölkənin qərarında rol oynayıb.
Son xəbərlər
Son Xəbərlər