Həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində 90 erkən evliliyə cəhd faktı aşkarlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN-də 2025-ci ilin yekunlarına həsr edilmiş kollegiya iclasında bildirilib.
Qeyd edilib ki, həmin hallar üzrə 28 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 5 valideyn və 41 aidiyyəti şəxs barəsində inzibati tənbeh tətbiq olunub, əlavə olaraq 57 şəxslə profilaktik söhbətlər aparılıb.
Hesabat dövründə həmçinin 15 qız qaçırma faktı üzrə Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işləri başlanılıb və ümumilikdə 32 şəxs barəsində müvafiq məsuliyyət tədbirləri görülüb.
Kollegiyada qeyd olunub ki, bu istiqamətdə profilaktik tədbirlər cari ildə də davam etdiriləcək.
Son xəbərlər
Son Xəbərlər