Goranboyda iki qadın kimyəvi maddədən zəhərləndi

goranboyda-iki-qadin-kimyevi-maddeden-zeherlendi
Oxunma sayı: 271

Goranboy rayonunda zəhərlənmə hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Qazaxlar kənd sakinləri 1967-ci il təvəllüdlü Afət Quliyeva və 1984-cü il təvəllüdlü Leyla Qəmbərova kimyəvi maddədən zəhərləniblər.

Hər iki qadın xəstəxanaya çatdırılıb, vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev