ABŞ-də fırtına səbəbindən ölənlərin sayı 18-ə çatdı

abs-de-firtina-sebebinden-olenlerin-sayi-18-e-catdi
Oxunma sayı: 438

Amerika Birləşmiş Ştatlarda bir neçə gündür davam edən qar yağışı fəsadlarsız ötüşmür.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qar fırtınası və soyuq hava şəraiti səbəbindən ölkə üzrə 800 mindən çox insan hələ də işıqsız qalıb, 17 mindən çox aviareys ləğv edilib.

Məlumata görə, Tennessi ştatında hava şəraiti ilə əlaqədar 3 nəfər ölüb. Bununla da ABŞ-də fırtına səbəbindən ölənlərin sayı 18-ə çatıb.

Böyük şəhərlərdə məktəblər ya bağlanıb, ya da distant təhsilə keçib.

Səlahiyyətlilər fırtınanın təsirlərinin günlərlə, hətta həftələrlə davam edə biləcəyini açıqlayıb.