ABŞ-də nüvə müharibəsi təşvişi - Vaşinqtonda xüsusi eskadrilya yaradıldı

abs-de-nuve-muharibesi-tesvisi
Oxunma sayı: 315

ABŞ-də nüvə müharibəsi təhlükəsi yarana biləcəyi təqdirdə ölkənin ali rəhbərliyinin təcili təxliyəsini təmin etmək üçün yeni helikopter eskadrilyası yaradılıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Endryus” hərbi hava bazasının mətbuat relizində məlumat verilib.

Bəyanatda bildirilir ki, 24-cü helikopter eskadrilyası Milli Paytaxt Regionunda fövqəladə hallarda dövlət idarəçiliyinin fasiləsizliyini təmin etmək tapşırıqlarını dəstəkləmək üçün rəsmi olaraq formalaşdırılıb.

Yeni xüsusi bölmə köhnəlmiş “UH-1N Huey” modellərini əvəz edən müasir “HH-60W Jolly Green II” helikopterləri ilə təchiz olunacaq.

Xatırladaq ki, bir qədər əvvəl Missuri Universitetinin professoru Maykl Hadson amerikalı generalların Prezident Donald Trampın nüvə müharibəsi başlada biləcəyindən ehtiyat etdiklərini bildirmişdi. Ekspertin iddiasına görə, generallar bu riskə görə nüvə kodlarını ölkə rəhbərinə təhvil verməkdən imtina edirlər.