ABŞ-ın ölkəmizdəki səfiri kim olacaq?

abs-in-olkemizdeki-sefiri-kim-olacaq
Oxunma sayı: 667

Dekabrın 28-də ABŞ səfirliyinin mətbuat xidmətindən “Media forum” saytına bildirilib ki, Senatın sessiyası başa çatmadığına görə Brayzanın Azərbaycanda səfir səlahiyyətləri qüvvədədir.

Səfirlikdən bildirilib ki, Senat Brayzanı səfir vəzifəsinə təsdiqləməsə, diplomat Azərbaycanı tərk edəcək: “Belə olan halda səfirin səlahiyyətləri onun müavininə keçəcək. Sterlinq səfirin səlahiyyətlərini müvəqqəti işlər vəkili statusu ilə icra edəcək. ABŞ Azərbaycana yeni səfir təyin edənə və yeni səfir Bakıda vəzifəsinin icrasına başlayanadək müvəqqəti işlər vəkili onun səlahiyyətlərini icra edəcək”.

ABŞ prezidenti Brayzanı 2010-cu il dekabrın sonunda, Senatın razılığı olmadan təyin edib. Bu cür təyinat bir il müddətinə qüvvədə olur.