ABŞ İsrailə on minlərlə mərmi göndərib - KİV

abs-israile-on-minlerle-mermi-gonderib
Oxunma sayı: 991

ABŞ oktyabrın 7-dən İsrailə bunker əleyhinə bombalar, eləcə də on minlərlə başqa növ sursat və artilleriya mərmiləri göndərib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “The Wall Street Journal” qəzeti yayıb. 

Qəzetin mənbələrinin məlumatına görə, təqribən 15 min bomba və 57 min artilleriya mərmisindən ibarət silah-sursatın göndərilməsi oktyabrın 7-sindən sonra dərhal başlayıb. 

Mənbələr, həmçinin ABŞ-nin İsrailə bunker əleyhinə 100 ədəd BLU-109 bombası göndərdiyini vurğulayıb.