ABŞ-nin bu ölkədəki səfirliyi təxliyə edildi - Video

abs-nin-bu-olkedeki-sefirliyi-texliye-edildi
Oxunma sayı: 1469

ABŞ-nin Ammandakı səfirliyi təhlükəsizlik səbəbindən təxliyə edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə səfirlik açıqlama yayıb.

Bildirilib ki, potensial təhlükəsizlik təhdidi səbəbindən səfirlik bütün işçilərini müvəqqəti olaraq təxliyə edib:

“Təhlükəsizlik tədbiri olaraq, səfirliyin bütün işçiləri müvəqqəti olaraq binanı tərk ediblər”.

Həmçinin, İordaniya Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsi Ammandakı səfirliyin ətrafında yaşayan sakinlərə xəbərdarlıq mesajı göndərib. Mesajda profilaktik tədbirlər barədə məlumat verilib və vətəndaşlardan təşviş və narahatlıqdan çəkinmələri xahiş olunub.

Hadisə zamanı İordaniyanın bəzi əyalətlərində sirenlərin səsləndiyi də bildirilib.