ABŞ prezidentliyi uğrunda mübarizədən geri çəkildi

abs-prezidentliyi-ugrunda-mubarizeden-geri-cekildi
Oxunma sayı: 2290

ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli respublikaçı kimi ABŞ prezidentliyinə namizəd olmaqdan imtina etdiyini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, kampaniyasının dayandırılmasının vaxtının çatdığını deyib.

“Mən heç nəyə peşman deyiləm. Artıq namizəd olmasam da, inandığım şeylər haqqında danışmaqdan əl çəkməyəcəyəm”, - deyə siyasətçi bildirib.

Beləliklə, Donald Tramp Respublikaçılar Partiyasından prezident seçkilərində əsas namizəd olub.

Həmçinin eks-prezidentin sonuncu rəqibi olan Heyli ona uğur arzulasa da, tərəfdarlarını ona səs verməyə çağırmayıb.