“ABŞ senatında absurd teatr səhnəsi baş tutub”

abs-senatinda-absurd-teatr-sehnesi-bas-tutub
Oxunma sayı: 1807

“ABŞ senatında absurd teatr səhnəsi baş tutub”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Ziyafət Əsgərov parlamentin plenar iclasında bildirib.

“Qəribədir, ABŞ rəsmiləri həmişə deyir ki, Azərbaycan bizim strateji müttəfiqimizdir. Müttəfiqə qarşı belə edərlər? Azərbaycan inkişaf etməsin? Yox, çünki sən Türkiyə ilə müqavilə imzalamısan. 2010-cu ildə Siyavuş müəllim də təstiqləyər ki, Berlində NATO-nun Parlament Assambleyasında idik. Hər dəfə Qarabağ problemini qaldırıb deyirdik ki, bu problem həll olunmalıdır.

Assambleya sədri ilə 50 dəqiqəyə yaxın söhbətimiz oldu. Dedim ki, beynəlxalq hüquq hara baxır?! O mənə dedi ki, eşitmişəm siz professorsuz, universitetdə dərs deyirsiniz. Beynəlxalq hüquq kitablarda olur. Onu tələbələrə deyərsiniz”, - deputat vurğulayıb.

Zaur Mirzə