ABŞ vitse-prezidentinin evinə hücum olub

abs-vitse-prezidentinin-evine-hucum-olub
Oxunma sayı: 2388

Naməlum şəxslər ABŞ-nin vitse-prezidenti J.D.Vensin evinin pəncərələrinin şüşələrini sındırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Nəşr bildirir ki, insident bazar ertəsi, yanvarın 5-nə keçən gecə siyasətçinin Ohayo ştatındakı evinin yaxınlığında baş verib. Hadisə zamanı vitse-prezident və ailəsi orada olmayıb.

Məlumata görə, polis əməkdaşları qısa müddətdə şübhəli şəxsi saxlayıb və nəzarətə götürüblər. Hazırda həmin şəxsin hadisəyə aidiyyəti müəyyən edilir.