Əmrə tabe olmayan sərhəd pozucusuna silah tətbiq edilib

emre-tabe-olmayan-serhed-pozucusuna-silah-tetbiq-edilib
Oxunma sayı: 569

Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucusuna qarşı silah tətbiq olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) may ayı üzrə statistik məlumatında bildirilib.

Qeyd olunub ki, yaralı sərhəd pozucusuna ilkin tibbi yardım göstərilərək ixtisaslaşmış tibb müəssisəsinə təxliyəsi təmin edilib. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.