AÇ-2024-ün seçmə mərhələsi başlayır

ac-2024-un-secme-merhelesi-baslayir
Oxunma sayı: 2857

Bu gün 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə start verilir. "Qafqazinfo" xəbər verir ki, ilk oyun günündə H, C və J qrupunun oyunları keçiriləcək.

C qrupunda çempionatın son qalibi İtaliya ilə İngiltərə yığması üz-üzə gələcək. Qrupun digər görüşündə Şimali Makedoniya Maltanı qəbul edəcək.

J qrupunda Portuqaliya yığması azarkeşləri önündə Lixtenşteyni sınağa çəkəcək. Qrupun digər oyununda Slovakiya Lüksemburqla üz-üzə gələcək.

Avro-2024: seçmə mərhələ, ilk tur

23 mart

H qrupu

19:00 Qazaxıstan – Sloveniya

23:45 Danimarka – Finlandiya

23:45 San Marino – Şimali İrlandiya

C qrupu

23:45 İtaliya – İngiltərə

23:45 Şimali Makedoniya – Malta

J qrupu

23:45 Bosniya və Herseqovina – İslandiya

23:45 Portuqaliya – Lixtenşteyn

23:45 Slovakiya – Lüksemburq