Ağalıdan seçki - Fotoları

agalidan-secki
Oxunma sayı: 1912

İşğaldan azad edilmiş Zəngilan rayonunda da səsvermə prosesi baş tutub.

“Qafqazinfo” xəbər verir ki, sakinlər rayonun Ağalı kəndində yaradılan 33 saylı seçki məntəqəsində səs veriblər.

Qeyd edək ki, Ağalı kəndində hazırda 871 sakin yaşayır. Qeydiyyatda olan 605 seçicidən 61 nəfər prezident seçkilərində ilk dəfə səsvermə hüququndan istifadə edib.