Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi olub, ölən var.
“Qafqazinfo” xəbər verir ki, zəncirvari qəza rayonun Yanğınsöndürən bölməsinin qarşısında qeydə alınıb.
Rayon sakini Rzayev Hacımirzə Mərdan oğlu idarə etdiyi avtomobillə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil Yanğınsöndürən bölməsinin əməkdaşlarına məxsus şəxsi avtomobillərə çırpılıb.
Qəza zamanı Rzayev Hacımirzə Mərdan oğlu və Cəfərov Rəhman Anar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Hadisə zamanı xəsarət alan Ələkbərov Vahid Nail oğlu isə xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı

Son xəbərlər
Son Xəbərlər