Ağdamda fərdi evlərin birində yanğın olub, nənə və nəvəsi ağır yaralanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.
Belə ki, rayon sakini İsmayılov Əhəd Natiq oğluna məxsus 3 otaqlı evdə yanğın qeydə alınıb.
Hadisə zamanı 1965-ci il təvəllüdlü İsmayılov Zibeydə Qənimət qızı ikinci dərəcəli, onun nəvəsi 2013-cü il təvəllüdlü İsmayılova Nəzrin Əhəd qızı isə birinci dərəcəli yanıq xəsarətləri alıb.
Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma başlanıb.
***
Xəstələrə ilkin tibbi yardım göstərilikdən sonra Bakı şəhər 5 saylı Şəhər Klinik Xəstəxanasına göndərilib.
***
Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 02.10.2025-ci il tarixində saat 00:20 radələrində Ağdam rayonunda baş verən yanğın səbəbilə 2 nəfər (qadın cinsli) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1965-ci il və 2013-cü il təvəllüdlü şəxslərə üzün, əllərin, hər iki yuxarı və aşağı ətrafın I və II dərəcəli termiki yanığı diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri orta ağır qiymətləndirilən şəxslər Nərimanov Tibb Mərkəzinin nəzdindəki Respublika Yanıq Mərkəzinə təxliyə olunub.
Ziya Əmirxanlı






Son xəbərlər
Son Xəbərlər