Ağdamda iki avtomobil “KamAz”a çırpıldı - Yaralılar var

agdamda-iki-avtomobil-kamaza-cirpildi
Oxunma sayı: 1024

Ağdamda 2 minik avtomobili “KamAz”​la toqquşub.

“Qafqazinfo” xəbər verir ki, qəza Hindarx-Borsunlu avtomobil yolunun Quzanlıdan keçən hissəsində baş verib.

“VAZ 2106” və “Lada Xəzər” markalı avtomobillər hərəkətdə olarkən daşla yüklənmiş “KamAz”a çırpılıblar.

Hadisə nəticəsində 3 nəfər yaralanıb.

Onlar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı