ABŞ İrandakı əməliyyatla bağlı brifinq keçirəcək

abs-irandaki-emeliyyatla-bagli-brifinq-kecirecek
Oxunma sayı: 1058

Pentaqonun katibi Pit Heqset və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper martın 6-da Bakı vaxtı ilə saat 13:30-da İrandakı əməliyyatla bağlı brifinq keçirəcəklər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Pentaqon “X” sosial media platformasında bəyanat yayıb.

Mətbuat konfransının Heqsetin martın 5-də yola düşəcəyi Floridadakı MacDill Hərbi Hava Qüvvələri bazasındakı CENTCOM qərargahında keçiriləcəyi gözlənilir.