Naxçıvanla nəqliyyat əlaqəsini təmin edəcək alternativ reyslərin - Cədvəli

naxcivanla-neqliyyat-elaqesini-temin-edecek-alternativ-reyslerin
Oxunma sayı: 3283

Son hadisələrlə əlaqədar olaraq, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 5 mart tarixinə planlaşdırılan bütün reyslər ləğv olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, Azərbaycan vətəndaşları üçün Bakıdan Naxçıvana nəqliyyat əlaqəsinin təmin edilməsi məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə və əks istiqamətdə aviareyslər təyin edilib. Sərnişinlərin İğdır aeroportundan Naxçıvana və əks istiqamətə daşınması üçün xüsusi avtobuslar təşkil olunub. Avtobus reysləri Naxçıvan avtovağzalı vasitəsilə həyata keçiriləcək.

Martın 5-də Bakı-İğdır-Bakı marşrutu üzrə planlaşdırılmış uçuş cədvəli (bütün saatlar yerli vaxtla qeyd edilib):

Sərnişinlərdən uçuşdan ən azı bir saat yarım əvvəldən aeroporta gəlmələri və üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqələrinin olması xahiş edilir.

AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və reyslərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.