İran Bəhreyndəki bəzi məntəqələri bombaladı - Video

iran-behreyndeki-bezi-menteqeleri-bombaladi
Oxunma sayı: 2021

İran regiondakı ABŞ strateji obyektlərinə qarşı genişmiqyaslı raket hücumlarını davam etdirir.

“Qafqazinfo” İranın “Mehr” xəbər agentliyinə istinadən xəbər verir ki, İslam Respublikası ABŞ-nin Bəhreyndə yerləşən strateji “Əl-Cuffair” dəniz bazasına silsilə raket zərbələri endirib.

Məlumata görə, hücumdan dərhal sonra hərbi bazanın ərazisində güclü yanğın başlayıb və göyə qatı tüstü dumanı qalxıb. Hadisə yerindən çəkilmiş və sosial şəbəkələrdə yayılan videogörüntülər zərbələrin miqyasının böyük olduğunu təsdiqləyir. Bildirilir ki, raket hücumu nəticəsində Bəhreynin milli neft şirkəti olan BAPCO-nun obyektlərinə də ciddi ziyan dəyib.

İranın dövlət televiziyası (IRIB) bəyan edib ki, hücumlar “Əsl Vəd 4” əməliyyatının 18-ci dalğası çərçivəsində həyata keçirilir. Əməliyyat zamanı Bəhreynlə yanaşı, BƏƏ və Küveytdə yerləşən ümumilikdə 20 ABŞ hərbi hədəfinin vurulduğu iddia edilir.