Əlcəzairdə hərbi təyyarə qəza etdi - Xəsarət alanlar var

elcezairde-herbi-teyyare-qeza-etdi
Oxunma sayı: 494

Əlcəzair Hərbi Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarəsi paytaxtın cənub-qərbindəki Bufarik aviabazasından havaya qalxdıqdan sonra qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Əlcəzair Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə bu gün baş verib. Təyyarədə 6 nəfər olub. Qəza nəticəsində iki pilot həyati təhlükəsi olan xəsarətlər alıb.

Qalan ekipaj üzvləri xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.