Bayramov həmkarları ilə müzakirələr aparır

bayramov-hemkarlari-ile-muzakireler-aparir
Oxunma sayı: 523

Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

“Qafqazinfo” xəbər verir ki, telefon danışığı zamanı, Pakistan tərəfi Azərbaycana edilən dron hücumu ilə bağlı dərin narahatlığını ifadə edib.

Bölgədə geniş eskalasiyaya səbəb ola biləcək bu kimi addımların qəbuledilməz olduğu diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov İran tərəfindən qısa müddət ərzində məsələyə aydınlıq gətirilməsini və müvafiq izahat verilməsini gözlədiyimizi vurğulayıb.

Nazirlər həmçinin Azərbaycan və Pakistan arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***

Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev Azərbaycanın xarici işlər nazirinə zəng vurub.

Telefon danışığı zamanı, nazir Ceyhun Bayramov qarşı tərəfə İranın dron hücumları barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş bu hücum beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasıdır və regionda gərginliyin artmasına xidmət edir. İran tərəfindən üzr istənilməsinin, məsələyə dair izahat verilməsinin və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün tədbirlərin görülməsinin tələb olunduğu diqqətə çatdırılıb.

Qırğız naziri Azərbaycanın ərazisinə qarşı dron hücumlarının narahatlıq doğurduğunu, ölkəmizlə həmrəy olduğunu bildirib. Bu kimi hücumların regionda gərginliyin daha da artmasına xidmət etdiyi vurğulanıb. 

Yaxın Şərqdə mövcud vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması, diplomatik səylərin artırılması və bu çərçivədə beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin vacibliyi qeyd olunub.

Nazir Ceenbek Kulubayev İranda olan Qırğız vətəndaşlarının Azərbaycanın ərazisindən tranzit keçidinə yaradılmış şəraitə görə ölkəmizə təşəkkür edib, operativ dəstəyi yüksək qiymətləndirildiyi bildirilib.

Telefon danışığı zamanı həmçinin qarşılılıq maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.