“Kurban Berdıyev yuxarıdan matçı daha yaxşı görürdü” - Ruslan Abışov

kurban-berdiyev-yuxaridan-matci-daha-yaxsi-gorurdu
Oxunma sayı: 699

“Turan Tovuz” Azərbaycan Kuboku 1/4 final mərhələsinin cavab görüşü çərçivəsində səfərdə “Kəpəz”i 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, qonaqların məşqçisi Ruslan Abışov matçdan sonra keçirilən mətbuat konfransında qələbədən danışıb:

“Birinci oyunda qələbə qazanmışdıq. Amma bu, bizim üçün heç nəyi dəyişmirdi. Matça ciddi hazırlaşmışdıq. Erkən qol komandada bir az arxayınlıq yaratdı. Bu da oyuna təsirini göstərirdi. İkinci hissənin əvvəlində vurduğumuz qoldan sonra ümumi hesabda 3:0 öndə idik. Əks-hücumlarda epizodlar yaradıb daha çox qol vura bilərdik. Artıq bu matçı unudub çempionat oyununa hazırlaşacağıq. Kubokda hədəfimiz böyükdür, finala qədər getmək istəyirik.

Məşqçi “Kurban Berdiyev bu gün cəzalı durumda idi. Tribunadan hansı göstərişləri verirdi?” sualına belə cavab verib: “Baş məşqçimiz yuxarıdan daha yaxşı görürdü. Göstərişlərini verirdi. Biz də onun dediklərini futbolçulara çatdırmağa çalışırdıq. Əsas odur ki, yarımfinala vəsiqə qazandıq”.