Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu rayonun Həsənəbad qəsəbəsinin sakinləri ilə keçirib.
“Qafqazinfo” xəbər verir ki, səyyar qəbulda RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qəbulda Həsənəbad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və 2025-ci il ərzində qəsəbə ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.
Çıxış edən natiqlər “Mehriban xanım Əliyeva müasir Azərbaycan qadınının örnək obrazı, xeyirxahlıq və mərhəmət simvoludur” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Neftçala RİH başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Mehriban Əliyeva müasir Azərbaycan qadınının parlaq nümunəsi, yüksək mənəvi dəyərlərin, xeyirxahlıq və mərhəmətin təcəssümüdür. Onun çoxşaxəli fəaliyyəti ölkəmizin ictimai-siyasi və mədəni həyatında mühüm yer tutur. M.Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm layihələr həyata keçirir.
RİH-in başçısı qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə ölkəmizin davamlı inkişaf strategiyasını uğurla həyata keçirərək dövlətimizin qüdrətinin artmasına, siyasi sabitliyin möhkəmlənməsinə və sosial-iqtisadi tərəqqinin təmin olunmasına nail olub. Mehriban Əliyeva və Prezident İlham Əliyevin fəaliyyəti qarşılıqlı vəhdət təşkil edərək Azərbaycanın tərəqqisinə, xalqımızın rifahının yüksəldilməsinə və milli dəyərlərimizin qorunmasına xidmət edir.
RİH-in başçısı zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib.
Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qəsəbə daxili yolun təmiri, qəsəbə ərazisinə içməli su xəttinin çəkilməsi, Şəmsəddin Orucov adına tam orta ümumtəhsil məktəbinin əsalı təmir olunması, işlə təmin olunma və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.





Son xəbərlər
Son Xəbərlər