Gəncədə avtomobil yaşayış binasına çırpıldı - Video - Fotolar

gencede-avtomobil-yasayis-binasina-cirpildi
Oxunma sayı: 892

Gəncə şəhərinin 1-ci mikrorayon ərazisində avtomobil yaşayış binasına çırpılıb.

“Qafqazinfo” xəbər verir ki, sürücü idarə etdiyi “Chevrolet” markalı avtomobilin idarəetməsini itirib. Nəticədə maşın 5 mərtəbəli binanın birinci mərtəbəsində pəncərəni sıradan çıxararaq evin içərisinə girib.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Qəza ilə bağlı araşdırma başlanılıb.

Yunis Quliyev