Ağdaşda 70 yaşlı qadın öldürüldü - Oğlu saxlanıldı+Yenilənib

agdasda-70-yasli-qadin-olduruldu
Oxunma sayı: 1025

Ağdaşda 70 yaşlı qadın qətlə yetirilib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Aşağı Qobuüstü kəndində baş verib.

Kənd sakini Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyiti aşkarlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən qadının oğlu, 37 yaşlı Rahib Əbilov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Ağdaş rayon prokurorluğu hadisə ilə bağlı məlumat yayıb: “Martın 23-də Ağdaş rayonunun Aşağı Qobuüstü kəndi ərazisində 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyitinin aşkarlanması barədə rayon ptokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla Anaxanım Əbilovanın 1989-cu il təvəllüdlü Rahib Əbilov tərəfindən qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. 
 
Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanıb, R.Əbilov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir”.