34 yaşlı kişi parkda öldürüldü

34-yasli-kisi-parkda-olduruldu
Oxunma sayı: 660

Ağstafada qətl hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun parklarından birində qeydə alınıb.

1992-ci il təvəllüdlü Rəşad İsmayılov kəsici alətlə qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Sabir Şükürov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Yunis Quliyev