Lənkəranda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Köhnə Ələt-Astara magistral yolunun Lənkəran şəhərindən keçən hissəsində, “Ləvəngi dairəsi”ndə qeydə alınıb.
Belə ki, idarəetmədən çıxan “Mercedes” markalı minik avtomobili xalça fabrikinin hasarına çırpılmasından sonra alışıb. Yanğından Mühafizə bölməsinin əməkdaşlarının müdaxiləsindən sonra yanğın söndürülüb.
Qəza nəticəsində sürücü, Lənkəran şəhər sakini, 2001-ci il təvəllüdlü Vüqar İlqar oğlu Ağazadə hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər - Lənkəran şəhər sakinləri 2001-ci il təvəllüdlü Elvin Ənvər oğlu Məmmədli və İsmayıl Azər oğlu Rüstəmli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Qeyd edək ki, qəza nəticəsində həyatını itirən sürücü V.Ağazadə uşaqlıqda valideynlərini itirib və o, yaxın qohumlarının himayəsində böyüyüb.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov


Son xəbərlər
Son Xəbərlər