Perunun cəngəllik ərazisində hərbi helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həyatını itirib.
“Qafqazinfo”nun məlumatına görə, helikopter patrul qrupunun təxliyəsi üzrə hərbi tapşırığı yerinə yetirərkən qəzaya uğrayıb.
Hadisə zamanı Peru Hərbi Hava Qüvvələrinin 5, Peru Ordusunun isə 3 hərbçisi həlak olub.
Qəzadan yalnız helikopterin pilotu sağ çıxıb və o, hazırda paytaxt Limaya təxliyə olunur. Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər